Suriyadakı müxaliflər hökumət qüvvələri ilə əldə etdiyi razılaşmaya əsasən Xüms şəhərini tərk edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla da şəhər rejim əsgərlərinin nəzarətinə keçib.
Rəsmi məlumatlara görə, üsyançılar İdlib şəhərinə doğru geri çəkilib. Məsələ ilə bağlı mərkəzi Londonda yerləşən Suriya İnsan Haqları Təşkilatı məlumat yayıb.
Razılaşmaya əsasən, Əsəd ordusu əsirlikdə saxladığı 35 müxalif döyüşçünü azad edib.
Qeyd edək ki, razılaşma iki ildən çox davam edən danışıqlar nəticəsində əldə edilib.
Samir