10 Dekabr 2015 00:12
756
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Taliban" terror təşkilatının döyüşçüləri Əfqanıstanın Qəndəhar şəhər aeroportuna hücum ediblər.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, 14 terrorçu aeroportda ətrafa atəş açıb. Hadisə nəticəsində 40 nəfər həyatını itirib, 20-dən çox dinc sakin yaralanıb.

Əfqanıstan ordusunun keçirdiyi anti-terror əməliyyatları nəticəsində "Taliban"çılar zərərsizləşdirilib. Rəsmi məlumatlara görə, hücum edən 14 döyüşçünün hamısı öldürülüb.

Samir


Müəllif:

Oxşar xəbərlər