"Öhdəliklərimizə sadiqik"
Türkiyə ilə Rusiya arasında yaranan gərginlikdən sonra İranın da Ankaraya qaz idxalını dayandıracağı ilə bağlı xəbərlər yayılmışdı. İranın Türkiyə səfirliyi bu məsələyə aydınlıq gətirilib.
Teleqraf.com-un xarici mediaya istinadən məlumatına görə, səfirlikdən son günlər mediada yayılan bu xəbərlərin əsassız olduğu bildirilib: "İranın Türkiyəyə idxal etdiyi qazı yarıbayarı azaltması qış mövsümü ilə əlaqədardır. İran daim öhdəliklərinə sadiq olub və olacaq. Türkiyəyə qaz idxalını dayandırmayacağıq".
Qeyd edək ki, son günlər İranın Türkiyəyə idxal etdiyi qazı 2 dəfə azaltması rəsmi Ankara tərəfindən narahatlıqla qarşılanıb. Bəziləri Rusiya-Türkiyə böhranında İranın Moskvanın tərəfində olması səbəbindən qaz idxalını dayandıracağını iddia edirdi.
Samir