İraq ordusu ABŞ-ın rəhbərlik etdiyi koalisiya ilə birlikdə İŞİD terror təşkilatına qarşı əməliyyat həyata keçirib.
Teleqraf.com xarici mediaya istinadən verir ki, hücum zamanı ən azı 3 terrorçu öldürülüb. Ölənlər arasında təşkilatı maliyyələşdirən Əbu Saleh ləqəbli Muafaq Mustafa Məhəmməd əl-Karmuş da var.
Faktı Pentaqon da təsdiq edib. Hücum nəticəsində İŞİD-in neft anbarları əsas hədəf olub.
Samir