İraq Kürdüstan regional rəhbərliyi Rusiya hökumətindən bu bölgədən rus raketlərinin uçuşunun dayandırılmasını istəyib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, buna səbəb kimi Suriyaya atılan raketlərə görə Kürdüstanda iki aeroportun işinin dayandırılması göstərilib.
Məlumatda bildirilib: "Biz sizdən alternativ variant tapmağı tələb edirik. Ərbil və Süleymaniyə aeroportlarının işinin dayandırılması regiona iqtisadi ziyan vurur".
Samir