Avropa İttifaqı “İraq Hava Yolları” şirkǝtini qara siyahıya salıb.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Avropa İttifaqının rǝsmi internet sǝhifǝsindǝ məlumat yerləşdirilib.
Məlumatda bildirilib ki, tǝhlükǝsizlik şǝrtlǝri tǝmin edilmǝdiyinə görə “İraq Hava Yolları” şirkǝti Avropa İttifaqı daxilindǝ uçuşu qadağan edilǝn ölkǝlǝr siyahısına salınıb.
İraqın sabiq Nǝqliyyat nazirinin müavini Bankin Rikani qǝrarın ölkǝnin iqtisadiyyatına ciddi mǝnada ziyan vuracağını bildirib.
Samir