17 Dekabr 2015 17:12
615
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Rusiya Federasiyasının prezidenti Vladimir Putin canlı mətbuat konfransında futbol mövzusuna da toxunub.

Publika.az xəbər verir ki, Putin FİFA prezidenti Yozef Blatterin həbsi barədə və 2018-ci il dünya çempionatının Rusiyada keçirilməsi haqqında fikirlərini bildirib:

“Nobel mükafatının FİFA prezidenti Yozef Blatterə vermək lazımdır. O, hörmətli insandır. Dünya futbolunun inkişafı üçün çox şeylər edib. Humanitar sahədəki töhfələri çox böyükdür. Məhz o, futbolu hər zaman idman kimi yox, ölkələr və xalqlar arasında əməkdaşlıq vasitəsi kimi istifadə edib. Korrupsiya qalmaqalına gəlincə, bunu dəlillərlə sübut etmək lazımdır. Amma hələlik heç bir nəticə yoxdur. FİFA ona görə 2018-ci il dünya çempionatının keçirilməsini Rusiyaya tapşırıb ki, o, bu ölkədə futbolun inkişafını istəyir. Ev sahibi komandanı seçmək üçün ali futbol qurumunun icraçı komissiyasına heç bir təzyiq edilməyib”.


Müəllif:

Oxşar xəbərlər