22 Dekabr 2015 22:36
584
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il Avropada sığınacaq axtaran şəxslərin sayı 1 milyonu keçib.

Bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) məlumat yayıb. Məlumatda bildirilir ki, bu vaxtadək 816 min 752 miqrant Egey dənizi vasitəsi ilə Yunanıstana, 150 mindən çox miqrant isə Aralıq dənizini keçməklə İtaliyaya gedib. Quru yol vasitəsi ilə Türkiyədən Yunanıstana 4 min 256, Bolqarıstana isə 29 min 956 qaçqın keçib.


Müəllif: