Rusiya müdafiə naziri Sergey Şoyqu ermənistanlı həmkarı Sergey Ohanyanla Moskvada görüşüb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, görüşdən sonra nazirlər Qafqazda hava hücumundan müdafiə sistemlərinin birləşdirilməsi ilə bağlı müqavilə imzalayıblar.
Həmçinin, Şoyqu və Ohanyan 2016-cı ildə iki ölkənin müdafiə nazirlikləri arasında əməkdaşlıq planını da razılaşdırıblar.
Qeyd edək ki, Qırğızıstan və Tacikistanla hava hücumundan müdafiə sistemlərinin birləşdirilməsi ilə bağlı işlər davam etdirilir. Oxşar müqavilə Qazaxıstanla 2013-cü ildə bağlanılıb, Belarusla artıq HHM sistemləri birləşdirilib.
Samir