25 Dekabr 2015 16:59
720
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanın baş naziri Narendra Modi Pakistana qəfil səfər edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Modi Əfqanıstan səfərindən qayıdarkən, Pakistanın Lahor şəhərinə eniş edilməsi əmrini verib.

O, pakistanlı həmkarı Nəvaz Şəriflə görüşəcək. Modinin səfəri Şərifin doğum günü ilə eyni günə təsadüf edir.

Qeyd edək ki, Modi 2004-cu ildən bəri Pakistana səfər edən ilk Hindistan baş naziridir.

Samir


Müəllif:

Oxşar xəbərlər