"Rusiyanın Şimali Atlantika sularındakı sualtı donanmasının fəaliyyəti "soyuq müharibə" dövründəki kimi artıb".
Teleqraf.com xəbər verir ki, bunu Böyük Britaniya ordusunun vitse-admiralı Klayv Conson deyib. Onun sözlərinə görə, Rusiyanın müasir sualtı qayıqları hazırda daha effektlidir və NATO-nu qorxudur:
"Rusiya Hərbi Donanma Qoşunlarına daxil edilən sualtı qayıqlar NATO və ABŞ-ın "soyuq müharibə" dövründə qarşılaşdığı texnikaları üstələyir. Rusiya təkmilləşdirilmiş və uzaqdan idarəetmə sistemlərinə malik sualtı qayıqlarla böyük texnoloji sıçrayış edib. Bu təhlükə yarada bilər".
Samir