Şimali Koreyanın Moskvadakı səfiri Kim Xyon Çuna Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Rusiya XİN-in rəsmi saytı məlumat verib.
Məlumatlara görə, çağrılmaya səbəb Koreya Xalq Demokratik Respublikasının raket sınağı ilə bağlı yaydığı məlumata Rusiya tərəfinin etiraz və narahatlığını çatdırmaq olub. Səfiri Rusiya XİN rəhbərinin müavini İqor Morqulov qəbul edib.
Qeyd edək ki, dünən Pxenyan rəhbərliyi Beynəlxalq Dəniz təşkilatı və Beynəlxalq Telekommunikasiya İttifaqını fevralın 8-dən 25-dək raket sınağı keçirəcəyi ilə bağlı xəbərdarlıq edib.
Samir