5 Fevral 2016 13:54
2 266
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO üçün qorxunc ssenari

"Moskva 36 saat ərzində Estoniyanın paytaxtı Tallini işğal edəcək gücə malikdir".

Teleqraf.com xəbər verir ki, bu sözlər ABŞ-ın "RAND Corp" araşdırma mərkəzinin yayımladığı məruzədə yer alıb. Sənəddə NATO-nun bu vəziyyətlə bağlı ata biləcəyi addımlar araşdırılıb:

"Latviya, Litva və Estoniyanın NATO ölkələri ilə demək olar ki, sərhədi yoxdur. Əgər bu vəziyyətdə NATO geriyə çəkilsə, Moskva bir addımla bu üç ölkəni zəbt edə bilər".

2014-cü ilin yaz aylarından 2015-ci ilə qədər olan dövrdə "RAND" araşdırma mərkəzi Rusiyanın işğala başladığı bir dövrdə vəziyyəti dəyərləndirmək üçün ekspertlərin fikirlərini dərc edib. Həmin fikirlər arasında NATO-nun müdafiə sisteminin Rusiya işğalına gücü çatmayacağı, eləcə də alyansın silahlı qüvvələrinin Rusiyaya qarşı 60 saat mübarizə apara biləcəyi fikirləri də yer alıb. Ən qorxunc ssenari isə ondan ibarətdir ki, Rusiyan 36 saat ərzində həmin üç ölkənin paytaxtlarını zəbt edə bilər.

NATO-nun Hərbi Komitəsinin sədri general Petr Pavel verdiyi açıqlamada Moskvanın iki gün ərzində 3 Baltik dövlətini işğal edə biləcəyini deyib: "Buna səbəb NATO-nun ləng hərəkət edən komandanlıq strukturudur".

Samir


Müəllif: