İraq ordusu ölkədə ikinci böyük şəhər sayılan Mosulu azad etməyə hazılaşır.
Musavat.com xarici KİV-lərə istindən xəbər verir ki, bunun üçün hökumət Mosulun cənubundakı hərbi bazaya çoxlu sayda hərbi qüvvə göndərib.
2014-ci il iyunun 10-dan 1.5 milyon əhalisi olan şəhər tamamilə İŞİD-in nəzarəti altındadır.
2015-ci ilin sonunda İraq Təhlükəsizlik Qüvvələri Bağdadın 100 km-də yerləşən Ənbar əyalətinin mərkəzi sayılan Ramada şəhərini İŞİD-dən azad edib.
Ramada 2015-ci ilin mayından İŞİD-in nəzarətində idi.