"Qərbin "məsləhətləri"nə baxmayaraq, Rusiya Müdafiə Nazirliyi Suriyadakı hərbi əməliyyatlar strategiyasını dəyişməyəcək".
Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenko deyib. Onun sözlərinə görə, Rusiyanın əsas hədəfi dünya üçün təhlükə törədən terrorçuları məhv etməkdir:
"Son vaxtlar tez-tez Qərb dövlətlərindən və Pentaqondan "məsləhətlər" eşidirik ki, ABŞ-a Suriyadakı siyasi keçid hakimiyyətinin qurulmasına yardım edək. Bu "məsləhətlər"i verənlərə demək istəyirəm ki, Suriyada bütün siyasi məsələlər suriyalılar tərəfindən masa arxasında həll edilməlidir".
Samir