12 Fevral 2016 20:38
552
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndoneziyanın şərqindəki Sumba əyalətinin sahillərində 6,5 bal gücündə zəlzələ olub.

ABŞ-ın Geoloji Araşdırmalar Mərkəzi episentri Sumba əyalətinin 3 kilometr cənub-şərqində olan zəlzələnin dənizin 30 kilometr dərinliyində baş verdiyini bildirib. Geniş bir sahədə hiss edilən zəlzələdə can və ya mal itkisi olmayıb.

Qeyd edək ki, İndoneziyada 2004-cü il dekabrın 26-da baş verən 9,1 bal gücündəki zəlzələ və sonrakı sunami nəticəsində 230 min insan ölmüşdü.


Müəllif:

Oxşar xəbərlər