"Rusiyanın Suriyadakı hərbi əməliyyatlarda iştirakı Dəməşq hökumətinin zəifliyinin nümayişidir".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Barak Obama deyib. Onun sözlərinə görə, Rusiyanın Suriyadakı strategiyası vətəndaş müharibəsinin dayandırılmasına kömək etmir:
"Rusiya prezidenti Vladimir Putin düşünə bilər ki, o, Suriyanı daim işğal altında saxlaya bilər. Amma bu Rusiyaya baha başa gələcək. Əgər Rusiya iqtisadiyyatının hazırkı durumuna baxsaq, bu ideya Moskva üçün yaxşı deyil".
Obama əlavə edib ki, o, Suriyada Putinlə yarışmaq fikrində deyil.
Samir