Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Silahlı Qüvvələrin Baş Qərargahını ziyarət edərkən dünən axşam saatlarında Ankarada baş verən terror aktı ilə bağlı açıqlamalar verib.
Teleqraf.com"Anadolu" agentliyinə istinadən xəbər verir ki, Ərdoğan hadisədən sonra 7 rayonda anti-terror əməliyyatının başlandığını deyib:
"İstər PKK, istərsə də PYD nə qədər bu işlə əlaqəli olmadıqlarını desələr də, Türkiyə Daxili İşlər Nazirliyində kifayət qədər sübutlar var. Hazırda əməliyyat davam edir. Artıq 14 nəfər saxlanılıb".
Samir