ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun mövcud formatının dəyişdirilməsi barədə qərar formatın iştirakçılarının özləri tərəfindən qəbul edilməlidir.
Bunu Trend-in xüsusi müxbirinin Minsk qrupunun geniş iclasının keçirilməsi imkanı barədə sualını cavablandıran Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, mövcud format təsdiq edilib və hamı tərəfindən qəbul edilib, eləcə də bir çox hallarda səmərəlidir: "Əlbəttə, hamı daha böyük nəticələr istərdi, lakin bu format işləyir".