Bu gün Suriyanın iki şəhərində terror aktı baş verib.
Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, terror aktları nəticəsində Homsun əz-Zəhra məhəlləsində 46, Dəməşqdə isə 80 nəfər dünyasını dəyişib. İki terror aktı nəticəsində 200 nəfərin isə yaralandığı bildirilir.
Terror aktlarına görə məsuliyyəti İŞİD öz üzərinə götürüb. Suriya XİN isə BMT-ni baş verən terror aktlarına reaksiya verməyə cağırıb.
Nihad