Yəmən prezidenti Mənsur Hadiyə sadiq qüvvələrin generalı Əbu Rabbu Huseyn əl-İsraili Aden şəhərində naməlum şəxs tərəfindən güllələnib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Yəmənin Təhlükəsizlik xidməti məlumat verib:
"O, şəxsi sürücüsü ilə evinə doğru hərəkət edərkən naməlum şəxs avtomobillə generalın olduğu maşına yaxınlaşıb və atəş açıb. Yerli mənbənin məlumatına görə, hadisə zamanı sürücü də həyatını itirib".
Samir