27 Fevral 2016 01:52
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin xüsusi nümayəndəsi Steffan de Mistura atəşkəs rejiminə əməl ediləcəyi təqdirdə rəsmi Dəməşq və müxalifət arasında sülh danışıqlarını martın 7-də yeniləmək niyyətindədir.

Teleqraf.com-un TASS-a istinadən xəbərinə görə, o, bu barədə dünən BMT Təhlüksəzilik Şurasının iclasında bildirib.

"Atəşkəs rejiminə riayət ediləcəyi təqdirdə, - Allah eləsin ki, əməl olunsun, - humanitar yardım maneəsiz təmin ediləcək. Mən BMT Baş Katibi ilə məsləhətləşdikdən sonra Suriya hakimiyyəti və müxalifəti arasında danışıqları martın 7-də yeniləmək niyyətindəyəm", - o deyib.

Mistura onu da bildirib ki, danışıqlar əvvəlki gündəlik və tərkibdə bərpa olunacaq.

Nihad


Müəllif:

Oxşar xəbərlər