Bu ilin martında planlaşdırılan Suriya münaqişəsi ilə bağlı sülh danışıqları 3 həftə davam edəcək.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura məlumat verib.
Onun sözlərinə görə, əgər şərtlərə əməl olunsa, danışıqlar martın 7-də başlayacaq: "Əsas şərt atəşkəsə əməl olunmasıdır. Hazırda atəşin dayandırılması ilə bağlı tələbə 97 qruplaşma razılıq verib".
Samir