Sarı dənizdə "Sinci-6" tipli ticarət gəmisi ilə "Lutszyaoyuy-60968" tipli balıqçı gəmisi toqquşub.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə Çinin Çaolyan adasından 40 dəniz mili uzaqlıqda baş verib. Qəza zamanı balıqçı gəmisi batıb və 10 balıqçı itkin düşüb.
Rəsmi məlumatlara görə, hadisə qatı duman səbəbindən baş verib. Axtarış-xilasetmə işləri davam etdirilir.
Qeyd edək ki, hər iki gəmi Çin şirkətlərinə məxsusdur.
Samir