28 Fevral 2016 23:15
623
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da qətlə yetirilən yeniyetmələrin ailəsi onların Qazaxıstanda övladlığa götürüldüyünü təsdiq ediblər.

Teleqraf.com-un xəbərinə görə, yeniyetmələrin ailəsi bu barədə "RİA Novosti" agentliyinə açıqlama verib.

"İndilik yalnız onu deyə bilərəm ki, hər iki oğlanı mənim bacım Lana Qazaxıstanda övladlığa götürüb", - deyə qətlə yetirilən Lana Karlsonun doğma bacısı Ceymi Nokula bildirib.

"Hazırda biz hüzn içərisindəyik, baş verən bu dəhşətli hadisələri anlamağaçalışırıq və bizim şəxsi həyatımıza hörmətlə yanaşmağınızı istəyirik", - Nokula deyib.

Qeyd edək ki, ötən cümə günü Vaşinqton ştatının Belfeyr şəhər sakini Devid Kempbel həyat yoldaşı Lana Karlsonu, onun övladlığa götürdüyü 18 və 16 yaşlı iki oğlunu - Tori və Kuinni və adı açıqlanmayan bir qızı güllələyib.

Nihad


Müəllif:

Oxşar xəbərlər