2 Mart 2016 17:22
1 030
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiya miqrant böhranının yaranması üçün məqsədyönlü şəkildə Suriya hökumətinə kömək edir".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu NATO-nun Avropa qoşunlarının baş komandanı Filip Bridlav deyib. Onun sözlərinə görə, Rusiya miqrant böhranından silah kimi istifadə edir:

"Rusiya və Suriyanın fəaliyyəti problemi "xərçəng şişi" kimi genişləndirir. Açıq bəyanatlara baxmayaraq, Rusiya İŞİD ilə mübarizədə heç nə etməyib, əksinə rəsmi Moskva Bəşər Əsədin mövqelərini möhkəmləndirməklə məşğuldur. Miqrant böhranından isə Rusiya Avropada silah kimi istifadə edir".

Bridlav deyib ki, Rusiya və Əsəd miqrant böhranını genişləndirmək üçün Suriyada dinc əhaliyə qarşı hidrogen bombalarından istifadə edir: "Bu silahlardan istifadənin heç bir hərbi bəraəti yoxdur. Onların məqsədi Suriya xalqını qorxutmaq və miqrasiyaya sürükləməkdir. Miqrantlarla birgə Avropaya çox sayda terrorçu və cinayətkar gəlir. Bu da Avropadakı sabitliyi təhlükə qarşısında qoyur".

O qeyd edib ki, Rusiya tək Avroap üçün deyil, bütün dünya üçün ən böyük təhlükədir.

Samir


Müəllif:

Oxşar xəbərlər