Rusiya ordusu fevral ayında Suriyada 390 nəfərin həyatına son qoyub. Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Suriyanın Ədalət İnstitutu məlumat yayıb. Ölənlərin 53-ü uşaq, 103-ü qadın, 1-i jurnalist, 2 nəfəri isə tibb işçisi olub.
Rusiya Hələb və ətraf rayonlara 2 min 328 raket, 5 ədəd uzunmənzilli ballistik raket, 213 misket bombası, 3 fosfor bombası atıb. Rusiyanın məqsədi Suriya müxalifətinin Türkiyə ilə əlaqəsini tam kəsmək, PKK-ın yolunu açmaqdır. Bu istiqamətdə əməliyyatlar hələ də davam edir.
Ayxan