Avropa Birliyi günü-gündən böyüyən miqrant probleminə yardım etmək məqsədi ilə Yunanıstana maliyyə yardımı ayırmağa hazırlaşır.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, təşkilat adıçəkilən ölkəyə 2016-cı ildə 300 milyon, 2018-ci ildə isə 700 milyon avro ayrımağı planlaşdırır.
Məlumatda bildirilib ki, bu maliyyə yardımının gedişata uyğun olaraq artırılması da mümkündür.
Qeyd edək ki, BMT-nin son məlumatlarına görə, hazırda Yunanıstanda AB ölkələrinə keçmək istəyən 24 min miqrant var.
Elvin