Yəmənin Ədən şəhərində baş verib.
APA-nın “News Arabia”-ya istinadən verdiyi xəbərə görə, nəticədə 4 hərbçi həlak olub, 5-i yaralanıb.
Məlumata görə, şəhərin şərq hissəsində yerləşən nəzarət-keçid məntəqəsi yaxınlığında minalanmış avtomobil partladılıb.
Partlayışı terrorçu-kamikadzenin törətdiyi ehtimal olunur.
Xatırladaq ki, Yəmən prezidenti Əbd Rabo Mənsur Hadi ötən ilin martın 7-də ölkə paytaxtının Ədən şəhərinə köçürüldüyünü elan edib.