PKK-nın Suriya qolu olan PYD Rusiyanın dəstəyi ilə ələ keçirdiyi Türkmən qəsəbələrində azan oxunmasını və namaz qılınmasını qadağan edib.
Teleqraf.com-un "Sabah" istinadən xəbərinə görə, Azad Suriya Ordusuna bağlı "Ceyşüs-Sünnə"nin briqada komandiri Əbu Hilal "PYD azanı susdumağı inqilabçı mübarizənin zəfəri sayır" deyib.
Qeyd edək ki, PYD Hələbin şimalında Rusiyanın hava dəstəyi ilə 8 kəndi ələ keçirib. Terrorçu təşkilat nəzarət etdiyi yerlərdə İslam düşmənliyi sərgiləyir. Tel Rıfat, Ahras, Kefer Naya, Der Cineyl və Ayn Dakna kimi Azad Suriya Ordusunun nəzarətində olan qəsəbələri işğal edən PYD məscidlərdə namaz qılınmasına və azan oxunmasına icazə vermir.
"Suriyada başlayan inqilaba və kürd xalqına xəyanət edən PYD-nin əsl döyüşü İslamladır" deyən "Ceyşüs-Sünnə" briqadasının komandiri Əbu Hilal "İmperialist qüvvələr və məzhəbçi İranın təhriki ilə İslama və Suriya xalqına qarşı döyüşən PYD bu mübarizəni gec-tez uduzacaq" deyib.
Əbu Hilal bildirib ki, Rusiya, İran və PYD məzlumları qətlə yetirmək, öz maraqlarına görə Suriyanı xarabaya çevirmək yolu tutub: "Ancaq ən böyük xəyanət PYD terror təşkilatından gəldi. Elə keçirdikləri yerlərdə "Quranı- Kərim"i təhqir edirlər. Minarələrdə kommunist marşları çalaraq məscidlərdə ibadəti yasaqlayır, küfr edirlər. Ələ keçirdikləri bölgələrdə hər bir kənd və qəsəbəni qarət edir, orada yaşayan ərəb və türkmənlərə yaşamaq haqqı tanımırlar".
Əbu Hilal kürdləri qardaş saydıqlarını, irqçilik toxumları əkən tərəfin isə PYD olduğunu söylədi: "PYD Suriya inqilabına batan bir xəncərdir. Bu bəlanın öhdəsindən gələcəyimizə inanırıq. Bütün dünyada İŞİD-i ən böyük və ən təhlükəli terror təşkilatı olaraq qəbul edirlər. Bu, doğrudur. PYD-nin ortaya qoyduğu vəhşilik, işğal və təxribatlar mahiyyət etibarilə onun İŞİD-dən daha təhlükəli bir terror təşkilatı olduğunu göstərir. Ancaq Suriya xalqı düşmənlərini yaxşı tanıyır və onlarla mübarizə əzmini itirməyəcək".
Nihad