8 Mart 2016 10:29
1 122
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Avropa Birliyi və Türkiyə arasında viza rejiminin ləğvi bu ilin iyunundan tətbiq ediləcək".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Türkiyə Baş naziri Əhməd Davudoğlu AB-Türkiyə sammitinin yekunlarına həsr olunmuş mətbuat konfrasında məlumat verib.

Onun sözlərinə görə, deyilan vaxta qədər vizasız rejimin tətbiqi ilə bağlı bütün işlər həllini tapacaq.

Davudoğlu əlavə edib ki, Türkiyə martın 18-də Brüsseldə keçiriləcək miqrant böhranının həlli ilə bağlı konfransda iştirak edəcək.

Bu arada, Avropa Komisiyasının xüsusi nümayəndəsi Mina Andreyeva öz Tvitter hesabında Avropa Birliyi ilə Türkiyənin miqrant böhranı məsələsində razılaşdıqlarını yazıb: ""Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker və Avropa İttifaqı Şurasının sədri Donald Tusk Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə miqrant böhranının həlli ilə bağlı əsas prinsiplərə dair razılıq əldə ediblər". Öz növbəsində Luksemburqun baş naziri Ksave Bettel tərəflərin 6 prinsip üzərində razılaşdıqlarını deyib.

"Reuter" agentliyinin verdiyi məlumaat görə, Avropa Birliyi miqrant böhranı ilə mübarizə üçün Türkiyəyə söz verdiyi maliyyə yardımının 3 milyard dollarlıq hissəsini martın sonuna kimi Ankara hökumətinə təqdim edəcək.

Samir


Müəllif:

Oxşar xəbərlər