8 Mart 2016 19:39
587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hadisə baş verən zaman valideynlər evdə olmayıb

Rusiyanın Krasnoyarsk diyarının Uyar şəhərindəki mənzillərdən birində baş verən yanğın nəticəsində 3 az yaşlı həyatını itirib.

TASS-ın istinadən xəbər verir ki, bu haqda diyarın Daxili İşlər Baş İdarəsi məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində ölən az yaşlılar 2011, 2013 və 2014-cü illlərdə anadan olublar.

Yanğının səbəbi məlum deyil. Hadisə baş verən zaman valideynlər evdə olmayıblar. Xəbərə əsasən, ailə qeydiyyatdan da keçməyib.


Müəllif:

Oxşar xəbərlər