13 Mart 2016 11:22
489
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ərəb Liqası rəsmən Livanın Hizbullah yaraqlı qruplaşmasını terror təşkilatı kimi tanıdığını elan edib.

Bu qərar liqanın xarici işlər nazirlərinin Qahirədə keçirilən son toplantısında qəbul olunub. Livan və İraq nümayəndələrindən başqa Ərəb Liqasının bütün nazirləri bu addımın lehinə səs veriblər.

Qərar Səudiyyə Ərəbistanının Livan hökumətinə 4 milyard dollarlıq hərbi dəstəyi geri götürməsindən iki həftə sonraya təsadüf edir. Bu ayın əvvəlində Körfəz Əməkdaşlıq Şurası da oxşar addım ataraq Hizbullahı terrorçu qrup kimi tanımışdı.

O zaman şuranın baş katibi Abdüllətif Əl-Zatani bu addımı Hizbullahın quruma daxil olan ölkələrdə gəncləri öz sıraların cəlb etmək səyləri ilə əlaqələndirmişdi.

Körfəz Əməkdaşlıq Şirasına Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn, Oman və Birləşmiş Ərəb Əmirlikləri daxildir. (VOA)


Müəllif:

Oxşar xəbərlər