Yaponiya hökuməti İrana 10 milyon dollarlıq yardımın ayrılması üçün qərar qəbul edib.
Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, yardım İranda tibbi xidmətin səviyyəsinin və keyfiyyətinin yaxşılaşdırılmasını nəzərdə tutur.
Razılaşmanı Yaponiyanın Tehrandakı səfiri Xiroyasu Korayasi və İranın səhiyyə naziri Mövsüm Əsədi Lari imzalayıb. Sənədə əsasən, Yaponiya bu yardımı inkişafa maliyyə dəstəyi çərçivəsində ayıracaq.
Bunun qarşılığında İran Yaponiya istehsalı olan tibbi avadanlıqları alacaq.
Qeyd edək ki, Yaponiya İrana qarşı sanksiyaları bu ilin yanvarında ləğv edib.
Samir