Türkiyə silahlı qüvvələri PKK-ya qarşı anti-terror əməliyyatı keçirib. Teleqraf.com Türkiyə mətbuatına istinadən bildirir ki, İraqın şimal hissəsində yerləşən Kandil və Gara bölgələrində PKK-ya aid 18 hədəf darmadağın edilib.
Əməliyyatlarda 9 ədəd F-16 və 2 ədəd F-4 2020 hərbi təyyarəsi yer alıb. Bütün hədəflər bir hücumla məhv edilib. Həmin ərazilərdə PKK-nın terror qruplarının yerləşdiyi təsdiqlənib.
Hücum əməliyyatı bu gecə 03:20 ilə 05:30 saatları arasında keçirilib. Ölən və yaralananlar barədə məlumat verilmir.