18 Mart 2016 18:50
571
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belçikanın paytaxtı Brüsseldə keçirilən Avropa Birliyi-Türkiyə zirvə görüşündə bəzi məsələlərdə razılaşma əldə oldunub.

Teleqraf.com-un Türkiyə mediasına istinadla verdiyi məlumata görə, razılaşmaya əsasən Türkiyənin layihələrinə bir həftə ərzində maliyyə ayrılacaq, bu ölkə Avropadakı suriyalı miqrantları qəbul edəcək, viza rejmi sadələşdiriləcək.

Sammitdə Yunan Kiprin də razılığa qoşulduğu bildirilir.

Finlandiyanın baş naziri Yuxa Sipilya “Twiter” səhifəsində AB liderlərinin miqrant məsələsinə razılıq verdiklərini açıqlayıb.

Teleqraf.com


Müəllif:

Oxşar xəbərlər