Türkiyənin İstanbul şəhərində baş verən terror aktı nəticəsində yaralıların sayı 38-ə yüksəlib. Hadisə zamanı 5 nəfər həyatını itirib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, yaralılardan 7-nin vəziyyəti ağırdır. Türkiyənin səhiyyə naziri Mehmet Müəzzinoğlunun sözlərinə görə, yaralılardan 12-i əcnəbidir: "Onlar 6 ölkə - İsrail, İordaniya, Almaniya, İran, BƏƏ və İslandiya vətəndaşlarıdır".
Saat 15:00
Son məlumata görə, terror nəticəsində ölənlərin sayı 5-ə çatıb. 20 nəfər isə yaralanıb. Onlardan 3-nün vəziyyəti ağırdır.
Saat 14:00
CNNtürk-ün məlumatına görə, hadisə yerində 3 cansız cəsəd var. Ölənlərdən birinin canlı bomba olduğu iddia edilir. 1-i ağır yaralı olmaqla 5 yaralı Haseki xəstəxanasına, 2-si ağır 10 yaralının isə Şişli xəstəxanasına gətirildiyi bildirilir.
Canlı bombanın hədəfinə çatmamış, erkən partladığı ehtimalı olunur.
Hələlik rəsmi açıqlama verilməyib.
Saat 13:33
Bu gün saat 11:00 radələrində İstanbulda patlayış törədilib. Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, patlayış İstiqlal caddesində, Balo küçəsində baş verib.
Son məlumata görə, partlayışı üzərinə bomba bağlamış şəxsin törətdiyi təsbit edilib. Partlayış nəticəsində 2 nəfər hadisə yerində həlak olub, bunlardan biri üzərinə bomba başlamış kamikadze olub. Digər şəxsin kimliyi isə bəli deyil. Yaralı sayı 7-yə yüksəlib.
Türkiyə mətbuatı daha bir patlaşın törədilmə ehtimalının yüksək olduğunu bildirib. Partlayışın baş verdiyi İstiqlal caddesi nəqliyyatın hərəkəti üçün bağlanıb. Olay yeri təhlükəsizlik kordonui ilə əhatə olunub.
13:25
İstanbulun Bəyoğlu ilçəsinin İstiqlal prospektində partlayış baş verib.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, partlayışın yerli vaxtla saat 11-də baş verdiyi bildirilir.
Yaralılar var. Qalatasaray və Taksim meydanlarından prospektə gedən yol bağlanıb.
Səxavət