"Levada" araşdırma şirkətinin apardığı sorğu nəticəsində rus xalqının ölkə prezidenti Vladimir Putinə inamının azaldığı məlum olub.
Teleqraf.com xəbər verir ki, ötən illə müqayisədə Putinin reytinqi 83 faizdən 73-ə enib. Sorğuya qatılanların 21 faizi Putinə tamamilə güvəndiyini, 52 faizi güvəndiyini, 14 faizi isə güvənmədiyini deyib.
Bu nəticəyə görə, Vladimir Putinin reytinqi Krımın Rusiyaya qatılmasından əvvəlki səviyyəyə qayıdıb. Buna səbəb kimi ölkədəki iqtisadi böhranın dərinləşməsi göstərilir.
Yusif