21 Mart 2016 23:36
714
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın şiə lideri Müqtəda əs Sədrin çağırışlarına etiraz olaraq etiraz aksiyaları davam edir.

Teleqraf.com Anadolu agentliyinə istinadən xəbər verir ki, Bağdada hökumət binalarının yerləşdiyi Yaşıl Bölgənin girişlərində etirazçılar çadır qurraraq oturaq aksiyaya keçiblər.

Etirazçılar liderlərinin növbəti təlimatını gözləyirlər. Şiələrin tələbləri İraqda islahatların aparılması, korrupsiya və rüşvətxorluğu aradan qaldırmaqdır.

Xatırladaq ki, ötən həftə İraqın şiə lideri Müqtəda əs-Sədr tərəfdarlarını "sivil itaətsizlik"ə çağırıb.

Lider yazılı açıqlamasında bildirib ki, müdafiə və daxili işlər nazirliyindəki dostlarla həmrəy olaraq aksiya davam etdirilməlidir.

Qeyd edək ki, Müqtəda əs-Sədrin 2003-cü ildə yaratdığı “Mehdi Ordusu” ABŞ qoşunlarının işğalına qarşı mübarizə aparan əsas qüvvələrdən biri olub.

Şeyxin tərəfdarları 2008-ci ildə silahlı mübarizəni dayandırıb. 2011-ci ildə isə Müqtəda əs-Sədr tərəfdarlarını amerikalıların İraqı tək etməsinə mane olmamağa çağırıb.


Müəllif:

Oxşar xəbərlər