23 Mart 2016 09:16
568
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamenti Avropaya gedən Amerika vətəndaşlarına terror xəbərdarlığı edib.

Teleqraf.com-un “RİA-Novosti”yə istinadla verdiyi xəbərə görə, vətəndaşlara müraciətdə deyilir: “Dövlət Departamenti ABŞ vətəndaşlarına bildirir ki, martın 22-də Brüsseldə İŞİD mənsublarının öz üzərinə götürdüyü bir neçə terror hücumlarından sonra Avropaya və Avropa dövlətlərinə səfərlərdə risk ehtimalı var.

Terror qruplaşması yaxın müddətdə Avropa boyu idman yarışlarında, turizm məkanlarında, restoran və nəqliyyatda terror aktları planlaşdırır”.

ABŞ öz vətəndaşlarını insanların kütləvi toplaşdığı yerlərdə və ictimai nəqliyyatda ehtiyatlı olmağa çağırıb: “Dini mərasimlərdə, böyük festival və tədbirlərdə xüsusilə ehtiyatlı olun”.

Teleqraf.com


Müəllif:

Oxşar xəbərlər