İstanbul Əmniyyət Müdirliyinin önündə sahibsiz çamadan insanlarda təşvişə səbəb olub.
Teleqraf.com-un Türkiyə mediasına istinadla verdiyi məlumata görə, Fateh ilçəsindəki Vətən prospekti nəqliyyatın hərəkətinə bağlanıb.
Digər bir məlumata görə, Hollandiyanın Taksim meydanında yerləşən baş konsulluğu terror təhlükəsini əsas gətirərək fəaliyyətini dayandırıb. "Röyters"in məlumatına görə, Hollandiyanın Xarici İşlər Nazirliyi konsulluq binasının boşaldıldığını və bunun müvəqqəti xarakter daşıdığını deyib.