23 Mart 2016 18:35
643
12 Punto 14 Punto 16 Punto 18 Punto

London Bələdiyyəsinin rəhbəri Boris Conson ABŞ prezidentliyinə namizəd olmağa çalışan Donald Trampa bənzədilməsindən inciyib.

Teleqraf.com-un məlumatına görə, bu bənzətməyə işarəylə Boris Conson həyatının ən pis dəqiqələrini yaşadığını deyib.

İngilis İTV kanalında bir verilişə qatılan Conson Nyu-Yorkda başına gələn bir əhvalatı danışıb. Küçədə bir qız onu Tramp zənn edib:

"Saçlarım Tramp kimi sarı rəngdədir, qəzetçiləri küçəyə çıxarkən şəklimi çəkməyə çalışırdılar. Qarşı küçədən bir qız mənə doğru gəlməyə başladı. Yaxınlaşanda dayandı, "Vay canına, bu Trampdırmı?" deyə soruşdu. Bu, həyatımın ən xoşagəlməz dəqiqələri idi".

Dağınıq saçları, qırış köynəkləri ilə daim tənqidə məruz qalan ingilis siyasətinin bu qəribə ismi Trampun prezident seçilməsindən həqiqətən təşviş keçirdiyini bildirib.

Teleqraf.com


Müəllif:

Oxşar xəbərlər