Avropa Məhkəməsi Rusiyanı cəzalandırıb. Səbəb bu ölkənin 12 yaşlı uşağı şübhəli şəxs qismində həbs etməsidir.
Teleqraf.com xəbər verir ki, Rusiya 9 min 500 manat cərimə ödəməli olacaq.
1992-ci il təvəllüdlü İvan Bloxin 2005-ci ildə 9 yaşlı oğlanla savaşdığı üçün 30 gün müddətinə azadlıqdan məhrum edilib. Həbsdə olduğu zaman onunla qeyri-insanı rəftar edilib. İvanın valideynləri 2006-cı ildən bəri məhkəmələrə müraciət edib və nəhayət məqsədlərinə nail ola biliblər.
Ayxan