Mərakeş təhlükəsizlik orqanları ölkənin müxtəlif şəhərlərində xüsusi əməliyyat keçirib. Nəticədə İŞİD-lə əlaqəli olan 9 nəfərdən ibarət terrorçu qruplaşdırılması zərərsizləşdirilib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, İŞİD-in Liviya qanadı ilə əlaqəli olan 9 nəfər Mərakeş Krallığı ərazisində terror aktları hazırlayırlarmış. Bu məqsədlə onların Liviyadakı təlim düşərgələrinə getmək planı olub.