“Rusiya-Türkiyə münasibətlərinin qaydaya salınması üçün üçüncü ölkələrin vasitəçilik cəhdi boşa çıxıb”.
Teleqraf.com “Ria-Novosti”yə istinadən xəbər verir ki, bu fikirləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O, Azərbaycanın Moskva və Ankaranı barışdırmağa yönəlik cəhdlərini belə şərh edib: “Bilirsiniz, bu cəhdlər nəticəsiz qaldı. Ümumiyyətlə, indiki halda hər hansı vasitəçilik cəhdləri böyük ehtimalla məlum səbəblərdən uğursuzluqla nəticlənir”.
Nərgiz