Ermənistanın paytaxtı İrəvanın "Zvartnots" aeroportunda bomba həyəcanı yaşanıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, naməlum şəxs şəhər polisinə zəng edərək, aeroportun partladılacağı ilə bağlı məlumat verib.
Zəngdən dərhal sonra aeroportdakı insanlar evakuasiya edilib. Axtarışlar zamanı heç bir partlayıcı aşkar edilməyib. İrəvan polisi faktla bağlı araşdırmalara başlayıb.
Samir