Nur camaatının lideri Fətullah Gülənin qardaşı Seyfullah Gülənin öz əcəli ilə deyil, sifarişlə öldürüldüyü iddia olunur. Teleqraf.com xəbər verir ki, bu iddia ilə türkiyəli jurnalist Fuat Uğur çıxış edib.
Daha öncə Seyfullahın qardaşının yandaşları tərəfindən aradan qaldırıldığı güman edilirdi. O, müalicə olunduğu Ərzurum xəstəxanasında ölüb. Seyfullah Gülən S.Ö adlı azyaşlı qızı iki oğlu ilə birlikdə dəfələrlə təcavüz etməkdə ittiham olunurdu. Onu ittiham edənlər Fətullah Gülənə yaxın prokurorlar idi. "Gülənçi məmurlar" yaxşı bilirdilər ki, Seyfullah Güldə 17-15 dekabr uğursuz dövlət çevrilişi cəhdilə bağlı məlumatlar var və həmin bilgiləri hüquq-mühafizə orqanlarına verə bilərdi.
Seyfullah Gülənin yaxınlarından biri deyib: "Seyfullah iki il öncə infarkt keçirib, camaata yaxın Özəl Şəfa Xəstəxanasına aparılıb. Mən Seyfullah Gülün xidmətində dururdum. Onun vəziyyəti yaxşılaşmışdı. Günlərin birində Gülən camaatının səlahiyyətli şəxsləri xəstəxanaya gəldilər. Dedilər ki, guya hansısa gülənçinin xanımı xəstələnib və xəstəxana rəhbərliyi məni klinikadan çıxardı. Həmən gün axşam Seyfullah Gülənin ölüm xəbəri gəldi. Seyfullah Gülən ölmədi, öldürüldü".
Qeyd edək ki, Seyfullah Gülen 27 noyabr 2014-cü ildə dünyasını dəyişib.
Ayxan