31 Mart 2016 21:35
521
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT məhkəməsi 1990-cı illər Balkan müharibələrində etnik təmizləməni təşviq etməkdə ittiham olunan serb millətçisi Vojislav Seselj-ə hökm oxuyub.

Teleqraf.com xəbər verir ki, məhkəmə Serbiyanın Vojvodina vilayətində etnik təmizləmənin təşviqində ittiham olunan radikal millətçiyə bəraət verib. Məhkəmə Vojislav Seseljin həbsi üçün kifayət qədər əsasların olmadığını bəyan edib.

61 yaşlı Seselj Haaqa məhkəməsində iştirak etməyib. 2014-cü ildə onun xərçəng xəstəliyinin son mərhələsində olması aşkarlanıb və azadlığa buraxılıb. O vaxtda Serbiyada siyasətə girişib, Haaqa məhkəməsinin qərarlarına əleyhinə yürüşlərdə çıxış edir.

Seselj Serbiyanın keçmiş prezidenti Slobodan Milosevic dövründə Baş nazirin müavini olub. İttihamnaməyə görə, o, “Böyük Serbiya” yaratmaqdan ötrü yarımhərbi birləşmələrin formalaşdırılmasına kömək edib.

Seselj məhkəmənin qərarından öncə tvitderdə "uşaq kimi yatdım, vicdanım rahatdır" yazıb. Məhkəmənin qərarı ictimaiyyətdə narazılıq doğursa da, Serb Radikal Partiyasının Belqraddakı ofisində sevinclə qarşılanıb.

Ayxan


Müəllif:

Oxşar xəbərlər