1 Aprel 2016 11:24
621
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Vaşinqtonda Brookinq İnstitutunda çıxışı zamanı Amerikada yaşayan narazı türklər aksiya keçiriblər.

Teleqraf.com Anadolu agentliyinə istinadən xəbər verir ki, barəsində həbs qərarı verilən və qırmızı xətlə axtarışda olan "Tərəf" qəzetinin yazarı Emre Uslu da etirazçılar sırasında olub. Emre Uslu dəvətlilər arasında olsa da onu institutun binasına daxil olmağa qoymayıblar. Ərdoğanın cangüdənləri jurnalistə qarşı zor tətbiq ediblər. Yazar ayağından xəsarət alıb.

Emre Uslu Tvitter səhifəsində Ərdoğanın cangüdənləri tərəfindən hücuma məruz qaldığını yazıb.

Emre Uslunun adı Fətullah Gülən və daha 122 nəfərə qarşı açılan cinayət işində keçir. Ağır Cinayətlər Məhkəməsi Emre Uslu və Fətullah Güləni qırmızı xətlə axtarışa verib.

Ayxan


Müəllif:

Oxşar xəbərlər