6 Aprel 2016 16:12
2 671
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya deyir ki, Türkiyə tərəf tutur. Əgər Azərbaycanla Ermənistan arasında tərəf axtarırsınızsa, o, Rusiyadır”.


Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Dağlıq Qarabağda baş verən son hadisələrdən danışarkən deyib.


Onun sözlərinə görə, Rusiya Gürcüstanda da Ermənistanın tərəfində olub: “Rusiya tərəf olmağı sevir. Suriyada da, Ukraynada da tərəf oldu. Türkiyə olaraq bizim mövqeyimiz çox fərqlidir. Bizim bu insanlarla min illik dostluğumuz, qardaşlığımız, qohumluğumuz var. Orada baş verən hər acı hadisə bizim də gözlərimizi yaşardır. Balkanlarda, Qafqazda, Krımda olduğu kimi”.

Ərdoğan bildirib ki, sünni və şiə olan bütün türkmanlar da Türkiyənin qardaşlarıdır: “Hər birinə ayrı şəkildə sahib çıxırıq. Biz tariximizin, vicdanımızın, əcdadımızın, ağılımızın göstərdiyi istiqamətdə yolumuza davam edirik”.


Müəllif:

Oxşar xəbərlər